AZ

TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib

Bakı. Trend:

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsindəTÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmigörüşü keçirilib. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarovaçıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, Azərbaycan parlamentinin sədri qeyd edib ki, MilliMəclis həmişə olduğu kimi, bundan sonra da TÜRKPA-nın davamlıinkişafını ardıcıl surətdə dəstəkləyəcək. O vurğulayıb ki, ortaqtarix, dil və mədəni-mənəvi dəyərlər xalqlarımızı və ölkələrimizisıx birləşdirir. Onun sözlərinə görə, qardaş ölkələrimiz arasındaəməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatdauğurla və dinamik şəkildə inkişaf edir. Milli Məclisin sədri deyibki, qardaş ölkələrimizi əhatə edən coğrafiyada cərəyan edəngeosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstəkvə etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz,ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir. Bubirlik və həmrəylik inkişaf və əməkdaşlığı təmin edir, regional vəqlobal səviyyədə sülhə və sabitliyə mühüm töhfə verir.

Qeyd olunub ki, Azərbaycan daim Türk dünyasının daha sıxinteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması,beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyatakeçirir. Qardaş türk dövlətləri ilə əlaqələrin genişlənməsi vəmöhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetistiqamətlərindəndir.

Bu mənada, spiker Sahibə Qafarovanın sözlərinə görə, məhzAzərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2024-cüilin iyulunda mədəniyyət paytaxtı Şuşa şəhərində Türk DövlətləriTəşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi zirvə görüşükeçirilib. Daha sonra bu ənənə davam etdirilib, növbəti qeyri-rəsmizirvə görüşü 2025-ci ildə Budapeştdə keçirilib.

TÜRKPA-ya üzv parlament sədrlərinin Parlamentlərarası İttifaqınassambleyaları çərçivəsində qeyri-rəsmi görüşlərinin keçirilməsitəşəbbüsünü Milli Məclisin dəstəklədiyini deyən Sahibə Qafarovabildirib ki, bu toplantılar yalnız TÜRKPA çərçivəsində deyil,həmçinin digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsindəəməkdaşlığımızı qiymətləndirilməyə, eyni zamanda maraq doğuranməsələləri səmimi mühitdə müzakirə etməyə şərait yaradır. Qeydolunub ki, bu formatda toplaşmağımız gündəlikdə duran məsələlərinmüzakirəsi, ortaq maraqlarımızın müdafiəsi və gələcək fəaliyyətinəlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sonra görüş təşkilata üzv olan digər ölkələrinin parlamentsədrlərinin çıxışları və müzakirələrlə davam edib.

Məqalədə:
Seçilən
30
3
az.trend.az

4Mənbələr