AZ

Afrikalı nazir avtomobil qəzasında həlak oldu

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Burundinin rabitə naziri Qabbi Buqaqa dünən avtomobil qəzasında həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hadisə Bucumbura əyalətinin Kivoqa rayonunda baş verib. Qəzanın təfərrüatları açıqlanmır. Prezident Evarist Ndayişimiye nazirin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib, ölkə üçün ağır itki olduğunu bildirib.

Qeyd edək ki, ixtisasca jurnalist olan Qabbi Buqaqa ötən ilin avqustunda rabitə naziri vəzifəsinə təyin olunmuşdu.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
525.az

1Mənbələr