AZ

Rusiya Təhlükəsizlik Şurasının katibi Baltik ölkələrini hədələdi

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.

Azpost.info bildirir ki, bu barədə TASS məlumat verir.

Şoyqu mediaya verdiyi şərhdə bildirib ki, son zamanlar Finlandiya və Baltikyanı ölkələr vasitəsilə Rusiyaya qarşı Ukrayna PUA-larının hücumlarının sayı artıb. “Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir”.

“Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə baş verdiyi kimi, son dərəcə təsirsizdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını təqdim edir. Bununla da Rusiyaya qarşı təcavüzün açıq iştirakçılarına çevrilirlər”.

“Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir”, – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
azpost.info

2Mənbələr