AZ

“Kral klubu” titulsuzluq təhlükəsi ilə üz üzə

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” futbol klubu cari mövsümü heç bir kubok qazanmadan başa vurmaq riski ilə qarşı-qarşıyadır. Əgər proqnozlar doğrulsa, bu, madridlilərin 2020/21 mövsümündən bəri ilk titulsuz ili olacaq.

İdman.Biz xəbər verir ki, “Real” üçün 2025/26 mövsümü hələlik arzuolunan səviyyədə keçmir. Komanda artıq İspaniya Kral Kubokunda mübarizəni dayandırıb, İspaniya Superkubokunun finalında isə məğlub olub. Çempionlar Liqasında 1/4 final mərhələsində “Bavariya”ya uduzaraq (ümumi hesab 6:4) turnirlə vidalaşan “kral klubu” üçün yeganə ümid yeri La Liqadır. Lakin burada da vəziyyət ürəkaçan deyil. Turnir cədvəlində lider “Barselona”dan doqquz xal geri qalan Madrid klubu çempionluq yarışında ciddi şəkildə axsayır.

Tarixi statistikaya nəzər salsaq, bu, 21-ci əsrdə “Real Madrid”in titulsuz qaldığı beşinci hal kimi tarixə düşə bilər.

Qeyd edək ki, mövsümün gedişində baş məşqçi postunda dəyişiklik edən və Xabi Alonso ilə yollarını ayırıb komandanı Alvaro Arbeloaya tapşıran “Real Madrid”in qalan turlarda möcüzəyə imza atıb-atmayacağı maraqla gözlənilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
icma.az

1Mənbələr