AZ

Gürcüstan parlamentinin sədri: “Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər“

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Gürcüstan, Ermənistan və Azərbaycan getdikcə öz milli maraqlarına uyğun hərəkət edirlər".

Moderator.az 1tv.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

"Bir vaxtlar qeyri-sabit hesab edilən bölgə bu gün daha sabit və proqnozlaşdırıla bilən hala gəlir. Bu, təsadüf deyil. Bu, effektiv suverenliyin nəticəsidir. Gürcüstan, Ermənistan və Azərbaycan getdikcə öz milli maraqlarına uyğun hərəkət edirlər. Suverenliyə hörmət edildikdə sabitlik də möhkəmlənir" , - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
moderator.az

2Mənbələr