AZ

“Euronews” WUF13 barədə reportaj yayımladı

BAKI, 16 aprel. TELEQRAF

“Euronews” kanalı mayın 17-22-də Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə reportaj yayımlayıb.

Teleqraf-ın məlumatına görə, reportajda qeyd edilib ki, WUF13 ölkələrə təcrübə mübadiləsi aparmaq və dayanıqlı, inklüziv şəhər inkişafını təşviq edən həlləri müzakirə etmək üçün platforma yaradır:

“Ev sahibi ölkə kimi Azərbaycan xüsusilə mənzil tikintisi, post-münaqişə dövründə yenidənqurma və genişmiqyaslı sosial mənzil proqramları üzrə öz təcrübəsini bölüşür.

Azərbaycanda mənzil tikintisi eyni zamanda yenidənqurma və dayanıqlı şəhərlərin uzunmüddətli planlaşdırılması ilə sıx bağlıdır”.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov telekanala müsahibəsində bildirib ki, burada məqsəd sadəcə evlər tikmək deyil, həm də insanlarda doğmalıq hissi yaratmağa, dayanıqlı icmalar üçün zəmin formalaşdırmaqdır:

“Mənzil siyasəti bizim üçün yalnız insanları evlə təmin etmək deyil, eyni zamanda onlara dayanıqlı iş yerləri, layiqli həyat və sosial həyatla yanaşı iqtisadi imkanlar təqdim edən güclü icma yaratmaq deməkdir”.

Seçilən
26
teleqraf.com

1Mənbələr