AZ

İmalələr : Bağırsaq yuyulmasının faydaları

Medicina portalından verilən məlumata əsasən, ain.az bildirir.

İmalə (klizma) — mayenin xüsusi vasitə ilə düz bağırsağa yeridilməsi prosedurudur. Bu üsul həm tibbi məqsədlərlə, həm də bəzi hallarda “detoks” və ya alternativ sağlamlıq yanaşmaları çərçivəsində istifadə olunur. Lakin imalələrin faydaları ilə yanaşı, onların düzgün istifadə edilmədikdə müəyyən riskləri də mövcuddur.

Medicina.az xəbər verir ki, tibbi malələr əsasən aşağıdakı məqsədlərlə tətbiq olunur:

qəbizliyin aradan qaldırılması

bağırsağın tibbi prosedurlara hazırlanması (məsələn, kolonoskopiya öncəsi)

bəzi dərmanların yerli təsiri üçün tətbiq.

İmalə zamanı istifadə olunan məhlullar su, duzlu su, xüsusi tibbi preparatlar və ya yağ əsaslı qarışıqlar ola bilər.

İmalələrin mümkün faydaları

1. Qəbizliyin aradan qaldırılması

İmalənin ən əsas və sübut olunmuş faydası qəbizliyin aradan qaldırılmasıdır. Maye bağırsağa daxil olduqda nəcis kütləsini yumşaldır və bağırsaq hərəkətlərini stimullaşdırır.

2. Bağırsağın sürətli boşaldılması

Bəzi tibbi hallarda bağırsağın tez bir zamanda boşaldılması tələb olunur. Bu zaman imalə effektiv və sürətli üsul hesab olunur.

3. Lokal dərman təsiri

Bəzi xəstəliklərdə (məsələn, iltihabi bağırsaq xəstəliklərində) dərmanlar imalə şəklində verilərək birbaşa problemli sahəyə təsir göstərə bilir.

“Detoks” məqsədilə imalələr – həqiqət və mif

Son illərdə imalələr “orqanizmi toksinlərdən təmizləyir” kimi təqdim olunur. Lakin müasir tibbi yanaşmaya görə:

Sağlam insan orqanizmi artıq:

qaraciyər

böyrəklər

bağırsaqlar vasitəsilə özünü təbii şəkildə təmizləyir.

İmalələrin “bədəni toksinlərdən təmizləməsi” elmi olaraq tam sübut olunmayıb.

İmalələrin riskləri və zərərləri

1. Bağırsaq mikroflorasının pozulması

Tez-tez imalə etmək faydalı bakteriyaların azalmasına səbəb ola bilər. Bu isə həzm problemləri və immun sistemə təsir edə bilər.

2. Asılılıq yaranması

Bağırsaq tez-tez süni stimulyasiya edildikdə:

təbii peristaltika zəifləyə bilər

insan imaləsiz tualetə çıxa bilməz.

3. Elektrolit balansının pozulması

Xüsusilə tez-tez və ya səhv məhlullarla edilən imalələr:

natrium , kalium balansını poza bilər

Bu isə ürək və sinir sistemi üçün təhlükəlidir.

4. Mexaniki zədələnmə riski

Yanlış tətbiq zamanı:

düz bağırsaq zədələnə bilər

iltihab və ya qanama yarana bilər.

5. İnfeksiya riski

Gigiyena qaydalarına əməl olunmazsa, bağırsağa infeksiya düşə bilər.

Aygün Musayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
icma.az

2Mənbələr