AZ

Dişlərin rəngi niyə qəfil dəyişir? Stomatoloqdan xəbərdarlıq

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stomatoloq, ortodont, tibb elmləri namizədi və "OFS" klinikasının baş həkimi Yana Dyatçkova diş rənginin qəfil dəyişməsinin əsas səbəblərini açıqlayıb.

Ölkə.Az xəbər verir ki, o bu dəyişikliyin arxasında hansı gizli problemlərin dayana biləcəyi barədə "Lenta.ru"ya danışıb.

Həkim dişin qəfil qaralmasının ən çox rast gəlinən səbəblərindən biri kimi travmaları qeyd edib:

"İnsan bir neçə il əvvəl zərbə alsa belə, dişin daxilindəki qan damarları partlaya bilər. Nəticədə dişin içindəki sinir və damarlardan ibarət toxuma — pulpa — tədricən ölür. Belə hallarda diş zamanla boz və ya qəhvəyi rəng alır. Bəzən bu proses ağrı və ya həssaslığın artması ilə müşayiət olunur".

Dyatçkova əlavə edib ki, mina qatında tünd ləkələrin yaranması karieslə bağlı ola bilər, xüsusən də bu ləkələr minanın dərinliklərində lokallaşdıqda.

Həkimin sözlərinə görə, dişin rəngi həmçinin aşağıdakı hallarda dəyişə bilər:

Kanal müalicəsindən sonra: Bəzən plomb materialları və ya qan qalıqları dişin çalarını dəyişir.

Dərman qəbulu: Bəzi dərman preparatlarının və ya stomatoloji materialların uzunmüddətli istifadəsi rəng dəyişikliyinə səbəb ola bilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
olke.az

2Mənbələr