AZ

İki məşhur serialdan Azərbaycana böyük təhlükə Bakı hərəkətə keçəcək?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər Türkiyədə təhsil müəssisələrində baş verən silahlı hücumlar ciddi narahatlıq və etirazlara səbəb olub. Sosial media fenomenləri və tanınmış şəxslər bildirirlər ki, “mafiya serialları və onlayn oyunlar artıq öz təsirini göstərməyə başlayıb”. Bu baxımdan, onlar baş verənlərə görə əsasən televiziya məzmununu günahlandırırlar. Xüsusilə “Eşref Rüya” və “Yeraltı” kimi serialların adları tez-tez hallandırılır. Məlumata görə, artıq sözügedən serialların Türkiyədə yayımı dayandırılıb. Azərbaycanda da belə bir qərarın verilməsi təklif edilir.

Türkiyə məktəblərinə silahlı hücumların kriminal efir məzmunu ilə əlaqəsi varmı? 

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, efirlə bağlı vaxtında adekvat və düzgün addımların atılmaması ağır nəticələr doğurur:

“Sözügedən iddialarda həqiqət payı çoxdur. Türkiyə kanallarında daim kriminal filmlər, mafiya serialları yayımlanır. Təbii ki, bunlar uşaqların tərbiyəsinə, düşüncəsinə ciddi şəkildə təsir göstərir. Ümumiyyətlə, burada həm serialların, həm sosial medianın, həm də mobil oyunların rolu var. Hər üçündə müşahidə edilən şiddət məzmunu belə ağrılı nəticələrə gətirib çıxarır”.

Ceyhun Məmmədov

Deputatın fikrincə, belə seriallara son qoyulmalıdır:

“İndi biz ölkəmizdə belə qanlı olayların qarşısını almağa çalışmalıyıq. Çünki həmin ekran işləri Azərbaycanda da yayımlanır və azyaşlıların, yeniyetmələrin formalaşmasına təsir göstərir. Bu məsələlər ciddi şəkildə diqqətdə saxlanılmalı, təlim-tərbiyə gücləndirilməlidir”.

Sosioloq Mail Yaqubun fikrincə, insanların davranışına və baş verən hadisələrə efirlərin mütləq təsiri var:

“Seriallardakı aqressiya və şiddət, efirlərdə təqdim olunan aqressiv məzmun insanların davranışına təsir edir. Xüsusilə sosial şəbəkələr insanların psixologiyasına ciddi təsir göstərir. İnsan gördüyündən təsirlənən bir varlıqdır, robot deyil. Psixoloqların fikrincə, insanın varlığının 80-90 faizi hisslərdən ibarətdir, cəmi 10 faizi isə məntiqdir. Yəni insan daha çox hissləri ilə hərəkət edir”.

Mail Yaqub

Sosioloqun sözlərinə görə, xüsusilə yeniyetmə və gənclərin belə təsirlərə özünümüdafiə mexanizmləri zəif olur:

“Onlar baxır, təsirlənir və xəyallarında müəyyən qəhrəmanlıq obrazları yaradırlar. Sonra isə bu obrazları real həyatda tətbiq etməyə çalışırlar. Buna görə də efirlərə nəzarət mütləqdir. Qərb ölkələri bu yolu keçib və acı nəticələrini də yaşayıblar. Efirdə belə kriminal məzmunun yayımlanması yanlışdır. Bu, yad mədəniyyətin bizə qəbul etdirməyə çalışdığı eybəcər mənzərədir. Ona görə də efirlərə nəzarət olunmalı və belə halların qarşısı alınmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr