AZ

Orenburqda polis əməkdaşlarını güllələyən şəxs qaçıb gizlənib

Rusiya Federasiyasının Orenburq bölgəsində federal axtarışda olan bir kişi polis əməkdaşlarını güllələdikdən sonra qaçıb.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional departamenti məlumat yayıb.

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun harada olduğunu müəyyənləşdirirlər.

Bu gün polislər federal axtarışda olan kişini saxlamaq üçün Akkermanovka kəndinə gəliblər. Cinayətkar polis əməkdaşlarını görən kimi onlara atəş açıb. Nəticədə bir polis əməkdaşı ölüb, üçü yaralanıb.

Həmin şəxs hadisə yerindən qaçaraq gizlənməyə macal tapıb.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr