"Real Madrid" klubunun ulduz futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında daha bir tarixi ana imza ataraq əfsanəvi Lionel Messinin uğurunu geridə qoyub.
Azreform.info oxu.az-a istinadən xəbər verir ki, istedadlı hücumçu bu nəticəyə Almaniyada "Bavariya"ya qarşı keçirilən və "kral klubu"nun 3:4 hesabı ilə məğlub olduğu 1/4 final mərhələsinin gərgin cavab qarşılaşmasında fərqlənərək nail olub.
Bununla da fransalı forvard cari mövsüm qitənin ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 15-ə çatdırmağı bacarıb. Müqayisə üçün qeyd edək ki, argentinalı ulduz Messi 2011/2012 mövsümündə rəqib qapılarından 14 top keçirmişdi.
Turnirin mütləq rekordu isə hələ də portuqaliyalı ulduz Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə məhz "Real Madrid"in heyətində çıxış edərkən bir mövsüm ərzində 17 dəfə rəqib qapılarına yol taparaq tarixi göstərici müəyyənləşdirib.
Xatırladaq ki, İspaniyada baş tutan ilk matçda da "Bavariya"ya 1:2 hesabı ilə məğlub olan "Real" bu nəticələrin ardından UEFA Çempionlar Liqasındakı mübarizəsini dayandıraraq turnirlə vidalaşıb.