AZ

"Livan hökuməti ilə razılaşma döyüşləri dayandırmaya bilər" -AÇIQLAMA

"ABŞ, İsrail və Livanın danışıqlarının çox da müsbət nəticə verəcəyini düşünmürəm. Düzdür, bir tərəfdən İsrail bəzi əraziləri, xüsusilə “Hizbullah”ın güclü olduğu bölgələri nəzarətə götürüb. Digər tərəfdən isə İsrailin itkiləri də az deyil. Kifayət qədər əsgər və hərbi texnika itkisi var -  tanklar, helikopterlər vurulub, xeyli canlı qüvvə itkisi qeydə alınıb".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi.

Onun sözlərinə görə, İsrail bu əməliyyatları yekunlaşdırmaq qərarına gəlsə, müəyyən nəticə əldə edə bilər:

"Lakin Netanyahu hökuməti hərbi əməliyyatlarda israrlı olarsa, sülh prosesinin qısa müddətdə yekunlaşacağı inandırıcı görünmür. Çünki burada əsas suallardan biri tərəflərin sülh prosesinə nə dərəcədə təsir göstərə bilməsidir. Görüşlərdə Livan hökuməti iştirak edir, lakin faktiki olaraq ölkənin cənubunda nəzarət “Hizbullah”ın əlindədir və məhz “Hizbullah”la İsrail arasında döyüşlər davam edir. Bu halda Livan hökumətinin İsraillə mümkün razılaşması “Hizbullah”la qarşıdurmanı necə dayandıra bilər. Digər vacib məsələ isə budur: Livanla İsrail arasında əldə olunacaq sülh razılaşması və ya atəşkəs “Hizbullah”ın hücumlarını dayandıracaqmı? Hələlik bu suallar açıq qalır".

Turab

Siyasi şərhçi qeyd etdi ki, Netanyahunun İran məsələsi və digər istiqamətlərdə ABŞ-nin irəli sürdüyü şərtləri tam şəkildə yerinə yetirmədiyi də müşahidə olunur:

"Bu isə vəziyyətin kifayət qədər həssas və qeyri-sabit olduğunu göstərir. Belə bir şəraitdə İsrail hərbi əməliyyatları davam etdirmək qərarı verərsə, Livan, İsrail və ABŞ arasında aparılan bu danışıqların nəticəsiz qalması ehtimalı kifayət qədər yüksəkdir".

Xədicə BAXIŞLI

Seçilən
35
redaktor.az

1Mənbələr