AZ

"İran razılaşmaya razı olmasa... - ABŞ müdafiə naziri

"Biz bu blokadanı (Hörmüz boğazı) donanmamızın 10%-dən az hissəsi ilə həyata keçiririk, sizin isə 0% donanmanız var". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Hesset bildirib.

Onun sözlərinə görə, alternativ var: "İran səhv qərar verərsə və razılaşmaya razı olmazsa, qüvvələrimiz döyüşlərə davam etməyə hazırdır.

Alternativ var - danışıqlar qrupumuzun dediyi kimi, siz firavan bir gələcək, qızıl körpü seçə bilərsiniz. Amma bu vaxt ərzində biz blokadanı davam etdirəcəyik. Əgər İran səhv seçim edərsə, İran blokadadan və enerji sənayesinin bombalanmasından əziyyət çəkəcək". 

Seçilən
6
2
bakivaxti.az

3Mənbələr