AZ

Bu çaylardan çınqıl-qum qarışığı süxurunun qanunsuz götürülməsi faktı aşkarlandı, tədbir görüldü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonu, Birinci Nügədi kəndinin yaxınlığından keçən Qaraçay çay yatağının sol sahilində fiziki şəxs Elçin Mustafayev, Vəlvələçay çayının Quba rayonu Talabqışlaq kəndinin inzibati ərazisindən keçən hissəsində “ASKO LTD” MMC tərəfindən istifadələrinə ayrılmış qum-çınqıl karxanalarından ümumilikdə 1260,0 m3 həcmində çınqıl-qum qarışığı süxurunun qanunsuz götürülməsi faktı müəyyən edilib.


Faktlarla bağlı “ASKO LTD” MMC-nin iş icraçısı Nizami Məlikov və Elçin Mustafayev barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.
Seçilən
35
ekologiya.az

1Mənbələr