AZ

Bernardu Silva Mançester Siti ilə sosial şəbəkədə vidalaşdı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva cari mövsümün sonunda klubu ilə yollarını ayıracağını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabında belə bir paylaşım edib:

"Şəhərlilər"! Mən 9 il əvvəl buraya gələndə bir balaca oğlanın arzularını həyata keçirmək, böyük işlər görmək istəyirdim. Bu şəhər və klub mənə arzulamağa cəsarət etdiyim hər şeydən artığını verdi. Birlikdə qazandıqlarımız və nail olduqlarımız həmişə ürəyimdə qalacaq. 100 xal topladığımız mövsüm, daxili kvadrupl, trebl, ardıcıl 4 çempionluq və daha çox şey...

Bir neçə aydan sonra vida anı çatacaq. Bu, yalnız futbol klubu ilə uğurlar qazandığımız şəhər deyil, həm də ailə qurduğum yerdir.

İnes və Karlota, sizə ürəkdən təşəkkür edirəm. 

Azarkeşlərə: sizin uzun illər ərzində dəstəyinizi heç vaxt unutmayacağam. Mənim futbolçu kimi əsas missiyam sizin bizimlə qürur duymağınız üçün meydana ehtirasla çıxmaq, sizin maraqlarınızı həvəslə təmin etmək olub".

Kluba və baş məşqçi Pep Qvardiolaya təşəkkürlərini çatdıran Silva MS camiəsini mövsümün qalan hissəsindən zövq almağa səsləyib.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
fanat.az

2Mənbələr