ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Şri-Lanka sahillərində vurulan "IRIS Dena" esminesinin sağ qalan 32 nəfərlik heyətinin qarşılanma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimə İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi, yollar, mənzil və şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd, Ordunun qərargah rəisi və koordinator müavini kontr-admiral Həbibullah Səyyari, Ordunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani, eləcə də digər komandirlər və rəsmilər qatılıb.
Qeyd edək ki, ABŞ-nin sualtı qayığının İranın "IRIS Dena" esminesinə hücumu nəticəsində azı 104 nəfər ölüb. Gəmidə 136 heyət üzvü olub.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.