AZ

Zukerberq özünün süni intellekt əkizini YARADIR

Amerikalı milyarder, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq bəzi işlərini həvalə etmək üçün özünün süni intellekt əkizini yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Zukerberq “Meta”nın rəqəmsal personaj yaratmaq texnologiyasından istifadə edərək özünün virtual versiyasını hazırlayır.

Süni intellekt dublyoru Zukerberqin davranışını və ictimaiyyət qarşısında çıxışını təqlid etməyi öyrənir və həmçinin sahibkarın şirkətin inkişaf strategiyası ilə bağlı fikirlərini öyrənir.

Bloomberg-in məlumatına görə, “Meta” işçiləri rəhbərlərinin virtual versiyası ilə ünsiyyət qura biləcəklər.

Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr