AZ

“İranın Hörmüzlə bağlı yeni təklifi təzyiqdən yayınmağa hesablanıb” ŞƏRH

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ABŞ ilə danışıqlar çərçivəsində Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb. Təklifə görə, Tehran gəmilərin Oman hissəsindən sərbəst keçidinə icazə verə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, İranın bu təklifi beynəlxalq təzyiqdən yayınma məqsədi daşıyır:

"Çünki Hörmüz boğazının bağlanmasından sonra İran Amerika və İsrail gəmilərinin keçidinə maneə yaradacağını əvvəldən açıqladı. O cümlədən belə bir şərt qoydu ki, yalnız İran tərəfindən rəsmi şəkildə icazə alan gəmilərin keçidinə icazə veriləcək. Amma Amerikanın Hörmüz boğazını blokadaya almasından sonra, yəni Amerikanın əsas hədəflərindən biri də məhz İrandan icazə alan gəmilərin qarşısını almaq, bir növ onlara sanksiya tətbiq etməkdir. Yəni bununla bir növ İranın Hörmüz boğazındakı fəaliyyətini neytrallaşdırır. Bu baxımdan İran artıq bir qədər fərqli mövqe sərgiləyir, Hörmüz boğazı ilə bağlı tələblərini müəyyən qədər korrektə edərək fərqli bir təklif irəli sürür. Burada İran həm də beynəlxalq ictimaiyyətə göstərir ki, onun məqsədi bütövlükdə həmin boğazın, yəni dəniz yollarının blokadaya alınması deyil, Amerika və İsrail gəmilərinin qarşısını almaq, həm də bu gəmilərə dəstək verənlərin fəaliyyətini məhdudlaşdırmaqdır. Yəni əvvəlki mövqeyə nisbətən daha korrektə olunmuş yanaşma ortaya qoyur".

Müsahibimizin fikrincə, burada Amerikanın icazə verməməsi məsələsi belə izah olunur:

"Amerika bildirir ki, bu prosesə ümumi şəkildə maneə törətmir. Çünki Amerikanın məqsədi Hörmüz boğazını blokadaya almaqla bütün gəmilərin keçidinə mane olmaq deyil. Amerikanın əsas hədəfi məhz İran limanlarına daxil olan və həmin limanlardan çıxan gəmilərin blokadaya alınmasıdır, onlara maneə yaradılmasıdır. Yəni Amerika bununla İrana idxalın və ixracın qarşısını almağa çalışır və əsas məqsəd İranı iqtisadi blokadaya salmaqla, iqtisadi mühasirəyə almaqla onu danışıqlar masasında müəyyən tələbləri qəbul etməyə məcbur etməkdir.

Bu kontekstdə baxdıqda, Hörmüz boğazından digər ölkələrə məxsus, İrana aid olmayan, həmçinin İrana yük daşımayan gəmilərin keçidi Amerika üçün problem yaratmır. Yalnız İran gəmilərinin çıxışına və daxil olmasına icazə verilmir. Eyni zamanda İrana yük daşıyan və ya İrandan yük aparan, yəni İran limanlarına yük aparan və ya həmin limanlardan yük daşıyan gəmilərin keçidinə də icazə verilmir. Digər ölkələrin, İranla heç bir əlaqəsi olmayan və bu marşrutdan istifadə edən gəmilərinin fəaliyyəti isə Amerika üçün problem deyil. Amerika həmin gəmilərin Oman istiqamətindən keçidinə maneə törətmir. Hörmüz boğazında İrana yük daşımayan və ya İrandan yük aparmayan bütün gəmilərin keçidi Amerika üçün qəbulediləndir. Bu baxımdan Amerikanın problem yaradacağını düşünmürəm. Amerikanın əsas hədəfi məhz İran gəmiləri və İrana yük aparan, həmçinin İrandan yük daşıyan gəmilərdir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr