AZ

Magistr imtahanında iştirak etmək istəyənlər artıb RƏSMİ

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 14-də başa çatıb.Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, 2-ci cəhdə qəbul imtahanında iştirak üçün 23088 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 21372; rus bölməsi - 1716).

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.Müqayisə üçün qeyd edək ki, 2-ci cəhd qəbul imtahanında iştirak etmək istəyənlərin sayı 1-ci cəhd imtahana qatılanlardan çoxdur.Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 1-ci cəhdi 15 fevral 2026-cı il tarixində keçirilib. Həmin imtahanda iştirak etmək üçün 22780 bakalavr qeydiyyatdan keçmişdi. Onlardan 519 nəfəri imtahana gəlməmiş, qaydaları poazan 2 nəfərin nəticəsi ləğv olunmuşdu.A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
modern.az

1Mənbələr