AZ

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

GəncəDövlətMilliDram Teatrında Vaqif Əmiraslanın “Gülüstan”pyesi əsasında eyniadlı tamaşasının məşqlərinəbaşlanılıb.

Kulis.az xəbər verir ki, real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, qazilərimizə ithaf olunaraq teatra dəvət edilmiş gənc rejissorFuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdimediləcək.

Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova,xoreoqrafıSənanCavadovvəqrafikişi isə Sübhanİbrahimova məxsusdur.

SəhnəəsərindəXalqartistiPərvanəQurbanova,Əməkdarartistlər İlhamHüseynov, NovruzCəfərov, KəmaləMəmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək.

Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək.

Seçilən
26
kulis.az

1Mənbələr