AZ

Azərbaycanın sülh gündəliyi regionda sabitliyin əsasını qoyur

ain.az, Modern.az saytına istinadən bildirir.

Millət vəkili Rizvan Nəbiyevin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın sülh gündəliyi və yeni geosiyasi reallıqlar müzakirə olunub.

Modern.az xəbər verir ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində millət vəkili Rizvan Nəbiyevin təşəbbüsü ilə “Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Deputat çıxışında bildirib ki, Azərbaycan sülh modelini dünyaya təqdim edib və suverenliyin bərpasından sonra formalaşan bu gündəlik regionda sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, ölkənin strateji mövqeyi, nəqliyyat layihələri və çoxtərəfli tərəfdaşlıqları Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir.

Tədbirdə çıxış edən digər rəsmilər də sülh siyasətinin regionda yeni əməkdaşlıq mühiti yaratdığını vurğulayıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
modern.az

1Mənbələr