AZ

Azərbaycan şirkətinin istiqrazlarına 52 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 2 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Far.Az" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 52 investor 2 milyon manatlıq 52 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvestg-AZ İnvestisiya Şirkəti" QSC-dir.

Xatırladaq ki, "BQ"nin səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.

Seçilən
1
1
far.az

4Mənbələr