AZ

Sabunçu tunelində yol çöküb: yolun bərpasına nə vaxt başlanılacaq? (VİDEO)

Bakı.Trend:

Sabunçu rayonu ərazisindəki tuneldə yol çöküb. Bununla bağlıgörüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq "Azərbaycan DəmirYolları QSC" dən bildirilib ki, Sabunçu rayonu ərazisindəki tuneldəyolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılarzamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.

"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləriaparıldıqdan sonra yolun bərpasına başlanılacaq",-deyə qurumdanəlavə edilib.

Seçilən
13
1
az.trend.az

2Mənbələr