AZ

Səfir Berlian Helmi: “Azərbaycan dünyanın ən vacib enerji mənbələrindən biridir” ANONS

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin “525-ci qəzet”ə müsahibəsindən:

* İlk dəfə buranı görəndə çox təsirləndim. Azərbaycanın dinamik, canlı mühiti var, ənənə ilə müasirliyin kombinasiyası məni çox təsirləndirdi. Zəngin mədəni irsə malik olan ölkəniz inkişafa və innovasiyaya güclü sadiqlik nümayiş etdirir.

* Bakı ilə Cakarta arasındakı münasibətlər müsbət və konstruktiv şəkildə inkişaf etməyə davam edir. Bu, qarşılıqlı hörmət və bir çox sektorda əməkdaşlığın genişləndirilməsində ortaq maraqla xarakterizə olunur.

* İndoneziya ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri durmadan inkişaf edir. Bununla belə, tam potensialdan hələ də istifadə olunmayıb. Hazırda ölkələrimiz arasında ikitərəfli ticarətin həcmi nisbətən azdır, lakin artım tədricən özünü göstərir. Ticarət çox məhdud çeşiddə malları əhatə edir, İndoneziyadan Azərbaycana xam palma yağı, rezin məhsulları, tekstil, geyimlər və qida məhsulları ixrac edilir.

* Azərbaycan təkcə Yaxın Şərqdə deyil, dünyada ən mühüm enerji mənbələrindən biridir. Azərbaycan Avro-Asiya nəqliyyat dəhlizindəki əsas mövqelər üzrə İndoneziya məhsulları üçün qapı ola bilər. İndoneziya mallarının Qafqaz, Orta Asiya və ya Avropanın bir hissəsinin bazarlarına çıxarılmasından söhbət gedir.

* İnanıram ki, Azərbaycanın əhəmiyyətli neft və qaz ehtiyatları var və İndoneziyanın enerji təchizatçısı olması üçün böyük potensiala malikdir. Buna görə də, düşünürəm ki, mənim vəzifəm İndoneziyanın Azərbaycanı enerji tərəfdaşı kimi necə cəlb edə biləcəyini, xüsusən də neft və qaz tədarükü baxımından araşdırmaq olacaq. Yəni Hörmüz boğazından deyil, Orta Dəhlizdən. Orta Dəhlizdən keçərək Azərbaycandan Xəzər dənizi vasitəsilə Qazaxıstana, Qazaxıstandan Özbəkistana, oradan da birbaşa Çinə, Çindən gəmi ilə İndoneziyaya çatdırılma. Bu, çox təhlükəsizdir.

* Mən artıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nabiyevlə görüşmüşəm və Azərbaycan Hava Yolları (AZAL) ilə İndoneziyanın  “Garuda Indonesia” milli aviaşirkəti arasında birbaşa uçuşlar barədə razılığa gəlmişik.

* Mən insanlarımızın mehribanlığını, qonaqpərvərliyini qeyd etmək istəyirəm. Qonaqlara qarşı həmişə xoş jestlər edirik, nəzakət göstəririk. Bu, Asiya ölkələri ilə eyni dəyərlərə sahib olduğumuzu əks etdirir. Mədəniyyət, musiqi, rəqs, poeziyada da oxşarlıq var. Poeziyada Leyli və Məcnun, Nizami Gəncəvinin irsi kimi nümunələr var. Bəli, incəsənətdə, musiqidə, rəqsdə oxşarlıq var.

SƏFİR BERLİAN HELMİ İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
525.az

2Mənbələr