AZ

Həyata keçirilən layihələr gələcəkdə nəqliyyat problemlərinin həllinə ciddi töhfə verəcək Nəqliyyat eksperti

525.az saytına istinadən ain.az xəbər verir.

"Dairəvi yollar şəhər daxilində nəqliyyatın düzgün bölüşdürülməsinə, mərkəzdə sıxlığın azalmasına və ümumi nəqliyyat sisteminin daha səmərəli işləməsinə xidmət edir. Bakı şəhərində də bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə nəqliyyat problemlərinin həllinə ciddi töhfə verəcək".

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev söyləyib.

Ekspert qeyd edib ki, dairəvi yollar adından da göründüyü kimi, şəhərin ətrafında müxtəlif radiuslara malik çevrə və ya çevrəyə bənzər formada qurulan yol şəbəkəsidir:

"Bakı şəhərində isə coğrafi mövqeyə görə tam dairəvi yol sistemi formalaşdırmaq çətindir. Şəhərin bir tərəfinin Xəzər dənizi ilə əhatə olunması səbəbindən burada daha çox yarımdairəvi yol şəbəkəsi formalaşır".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
525.az

1Mənbələr