AZ

Qarabağda yeni tunel və körpülər tikiləcək

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, ümumilikdə bu ərazilərdə uzunluğu təxminən 3 878 kilometr olan 68 yol layihəsinin həyata keçirilməsi planlaşdırılır. Hazırda ümumi uzunluğu 2 432,8 kilometr olacaq 38 layihə üzrə tikinti işləri aparılır. Layihələr çərçivəsində ümumi uzunluğu 71,2 kilometr olan 48 tunelin inşası nəzərdə tutulub. Onlardan artıq 7-si (13,6 km) tamamlanıb. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi planlaşdırılır. Artıq 392 körpü (8 839,1 metr) istifadəyə verilib. Eyni zamanda, ümumi uzunluğu 3 871 metr olan 16 viadukun inşası nəzərdə tutulur. Onlardan 9-u (1 965 metr) artıq istismara verilib. Qeyd edək ki, 2027–2030-cu illərdə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 13,3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu məbləğ dövlət büdcəsinin kapital xərclərinin təxminən 24,3 faizini təşkil edəcək. M.Həsənli

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azvision.az

1Mənbələr