AZ

Aleksey Overçuk Azərbaycan nümayəndə heyətini Rusiyadakı beynəlxalq iqtisadi forumlara dəvət etdi

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk maliyyə və iqtisadi sahədə ölkələr arasında artan inteqrasiyanı yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib. Baş nazirin müavini Azərbaycan nümayəndə heyətini Rusiyada keçiriləcək mühüm beynəlxalq tədbirlərə dəvət edib: "Azərbaycan nümayəndələrini qarşıdan gələn KazanForum (Rusiya - İslam Dünyası) və iki aydan sonra baş tutacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyə çağırırıq. Hesab edirik ki, bu təmaslar münasibətlərimizin gələcək inkişafı üçün vacib təməldir".

Sonda A. Overçuk 2025-ci ilin yekunlarına görə iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamikanın Rusiya tərəfindən tam dəstəkləndiyini və tərəfdaşlıq münasibətləri baxımından yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Seçilən
14
teleqraf.com

1Mənbələr