Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsrail Müdafiə Ordusu radikal "Hizbullah" qruplaşmasının 70 infrastruktur obyektini dağıdıb, əməliyyat cəmi bir dəqiqə davam edib.
Bu barədə "Report" İsrail ordusunun "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"İsrail Müdafiə Ordusunun əsgərləri onlarla növ silah, o cümlədən tank əleyhinə qumbaraatan, "Kalaşnikov" avtomatları, döyüş sursatları, qumbaralar, zenit raketi, müşahidə avadanlığı və döyüş ləvazimatı aşkar ediblər. Əlavə əməliyyat zamanı əsgərlər onlarla terrorçunu məhv ediblər. Hərbçilər cəmi bir dəqiqə ərzində 70 terror infrastrukturu obyektini məhv ediblər", - məlumatda bildirilib.
"Reuters"in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri aviazərbə nəticəsində Livanın cənubunu ölkənin qalan hissəsi ilə birləşdirən sonuncu körpünü dağıdıb. Dağıntılar böyükdür, körpünün bərpası mümkün deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.