AZ

Orbanın siyasəti daxildə və xaricdə tənqid edilirdi - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Macarıstandakı siyasi dinamika yalnız daxili məsələ deyil, həm də daha geniş – Avropa təhlükəsizlik sistemi və regional geosiyasi balans baxımından əhəmiyyət kəsb edir”.

Bunu Hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Macarıstada keçirilən seçkilər və Orbanın məğlubiyyəti ilə bağlı açıqlamasında qeyd edib.

Ekspert qeyd edib ki, Macarıstanda baş verən siyasi proseslər ölkədə demokratik institutların vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Onun sözlərinə görə, rəsmi Budapeşt seçkilərin xarici müdaxilədən kənar keçirildiyini vurğulasa da, beynəlxalq dairələrdə müxtəlif təsir imkanları barədə iddialar səslənməkdədir. Xüsusilə ABŞ-ın mümkün təsiri ilə bağlı fikirlər irəli sürülsə də, bu müdaxilənin real nəticələrə necə təsir etdiyi mübahisəli olaraq qalır:

“Baş nazir Viktor Orbánın uzunmüddətli hakimiyyəti fonunda onun siyasəti həm daxildə, həm də xaricdə tənqid edilirdi. Onun Rusiya ilə münasibətləri və Ukrayna müharibəsi kontekstində tutduğu mövqe Avropa Birliyi daxilində narazılıq doğuran əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, ölkə daxilində sosial-iqtisadi problemlər, o cümlədən işsizlik və rifah səviyyəsi ilə bağlı narazılıqlar müxalif qüvvələrin fəallaşmasına zəmin yaradıb”.

O əlavə edib ki, seçkilər ərəfəsində ictimai fəallığın artması, etiraz aksiyaları və siyasi ritorikanın sərtləşməsi cəmiyyətin müəyyən hissəsində dəyişiklik tələbinin gücləndiyini göstərir. Müxalifətin bu narazılıqdan istifadə etməyə çalışdığı müşahidə olunur. “Bununla belə, Viktor Orbán uzun illər ərzində Azərbaycan ilə münasibətlərdə mühüm rol oynayıb. Xüsusilə Ramil Safarov məsələsində göstərilən siyasi iradə və bəzi beynəlxalq platformalarda Bakıya verdiyi dəstək Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına töhfə verib. Eyni zamanda, Avropa strukturları daxilində bəzi qərarların balanslaşdırılmasında Budapeştin mövqeyi diqqət çəkib”-deyə ekspert əlavə edib.

Seçilən
25
hafta.az

1Mənbələr