AZ

"İkitərəfli ticarətdə milli valyutaların payının artıb"

Azərbaycan və Rusiya arasında energetika və maliyyə sektorlarında strateji tərəfdaşlıq uğurla davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib. Baş nazirin müavini qeyd edib ki, iki ölkənin enerji əməkdaşlığı çoxillik birgə təcrübəyə əsaslanır: “Hazırda Azərbaycanın enerjisistemi Rusiyanın Vahid Enerji Sisteminin birinci sinxron zonası ilə paralel rejimdə fəaliyyət göstərir. Sistem operatorları arasında həm planlı, həm də qəza rejimlərində elektrik enerjisinin tədarükünə dair uzunmüddətli razılaşmalar qüvvədədir”.

Ş.Mustafayev maliyyə sektorundakı effektiv əməkdaşlığa da toxunaraq, ikitərəfli ticarətdə milli valyutaların payının artdığını diqqətə çatdırıb: "Maliyyə sektorunda effektiv qarşılıqlı fəaliyyət qurulub. Xüsusilə, ikitərəfli ticarət çərçivəsində hesablaşmalarda Rusiya rublunun payı dayanıqlı artım nümayiş etdirir. Belə ki, rublun payı ixrac əməliyyatları üzrə 42 faizə, idxal əməliyyatları üzrə isə 83 faizə yüksəlib".

Seçilən
18
teleqraf.com

1Mənbələr