AZ

Qəzzada ölənlərin sayı 72.345 nəfərə çatıb

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 72.345 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara bir ölən və səkkiz yaralı gətirilib.

Hesabata görə, Qəzzada atəşkəs rejiminin 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minməsindən bəri İsrail hücumlarında 766 nəfər həlak olub, 2147 nəfər isə yaralanıb.

İsrail 2023-cü ilin oktyabr ayından bəri ölənlərin ümumi sayının 72.345-ə çatdığını, 172.250 nəfərin isə yaralandığını bildirilir.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr