"Football-plus.az" xəbər verir ki, o, bu barədə uzun illər sonra mətbuata açıqlamasında danışıb:
“Ona zəng edib dedim: “Karlito, səni öldürəcəyəm, ayaqlarını sındıracağam!” Bu, çox ağır idi. Belə şeyi qəbul etmək çətindi. Amma düşünürəm ki, bu, bir növ Aleks Ferqyusona qarşı qisas idi. Məhz buna görə məyus olmuşdum. Hər halda, bütün həqiqəti heç vaxt bilməyəcəyik. Amma biz bunun əvəzini baha ödədik. Teves "Mançester Siti" ilə müqavilə imzalamasaydı, düşünmürəm ki, onlar çempion olmağa başlayardılar. Özümü aldadılmış kimi hiss edirdim, amma o, yenə də mənim qardaşımdı. Karlosun seçiminə hörmət etmək lazımdı".
Xatırladaq ki, Evra peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, arqentinalı ilə “Mançester Yunayted”də bir müddət bərabər oynayıb.