AZ

1 yaşlı uşaq qızdırmadan ölüb

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarət diaqnozu ilə xəstəxanaya çatdırıldıqdan sonra ölüb.

Gədəbəy rayonunun Kiçik Qaramurad kəndi kəndində aprelin 15-i səhər saat 05 radələrində hadisə qeydə alınıb.

Məlumata görə, 2025-ci il təvəllüdlü Rəsul Əsədov yüksək hərarətlə xəstəxanaya aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
1
anews.az

2Mənbələr