AZ

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatının yarımfinalında - YENİLƏNİB

Tbilisi, 16 aprel, AZƏRTAC

Azərbaycanın qadın cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İsveç təmsilçisi Tara Babulfat ilə qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu növbəti raunda adlayıb.

Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) yarımfinala vəsiqə qazanıb. 1/4 finalda uduzan Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşdə mübarizə aparacaqlar.

Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) isə turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

13:00

Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu növbəti raunda adlayıb. O, bu mərhələdə moldovalı Radu İzvoreanu ilə qarşılaşacaq.

1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.

Müxbir – Aynur Əlixanlı

Seçilən
13
2
azertag.az

3Mənbələr