AZ

Donald Trampla görüşmüş çeçen lider kimdir? - FOTO

Sosial şəbəkədə paylaşılan nadir fotoda Çeçenistan nümayəndəsi Xoc-Əhməd Nuxayev və Donald Tramp əks olunublar.

"Yeni Sabah" xəbər verir ki, həmin şəkil 1997-ci ildə ABŞ-də çəkilib.

Nuxayev çeçen siyasi xadimi və yazıçı idi. O, Çeçenistan İçkeriya Respublikasının hökumətində Baş nazir müavini postunu tutmuş, "Noxçi-Latta-İslam" təşkilatının lideri idi.

1999-cu ilin payızından bəri Nuxayev daimi olaraq Bakıda yaşayırdı.

Xoc-Əhməd Nuxayevin taleyi hələ də məlum deyil. Bir versiyaya görə, o, 2000-ci illərin ortalarında öldürülüb. Digər versiyaya görə isə sağdır və xarici ölkələrin birində gizlənir.


Telegram kanalımız
Seçilən
21
3
yenisabah.az

4Mənbələr