AZ

Balabəy Ağayev Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Azreform.info  "Report"a istinadən xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gəlib.

Əhməd Yusifov (60 kq) isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb.

Ə.Yusifov təsəlliverici görüşə çıxacaq.

Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

Leyla Əliyeva (52 kq) eyni mərhələdə Odette Qiuffridaya (İtaliya), Könül Əliyeva (48 kq) isə Laura Martines Abelendaya (İspaniya) uduzub.

1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan Bayramov (66 kq) təsəlliverici görüşə qatılacaq.

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.

İmançı 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.

Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən T.Bayramov 1/4 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.

Azərbaycanın daha üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Balabəy Ağayev (60 kq) 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb.

Əhməd Yusifov (60 kq) eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib.

Turan Bayramov (66 kq) isə 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

 Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

***

Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Azreform.info  "Report"a istinadən xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.

Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Seçilən
10
8
azreform.info

9Mənbələr