AZ

“The Wall Street Journal”: Pentaqon avtomobil şirkətlərini və digər istehsalçıları silah istehsalına cəlb etmək istəyir

Bakı, 16 aprel, AZƏRTAC

“The Wall Street Journal” qəzetinin məlumatına görə, Tramp administrasiyası avtomobil şirkətləri və digər istehsalçıların silah istehsalında daha fəal rol oynamasını istəyir.

AZƏRTAC qəzetin materialına istinadla xəbər verir ki, Pentaqon rəsmiləri azalan sursat ehtiyatlarının yerini doldurmaq üçün iri avtomobil istehsalçıları və digər müəssisələrin rəhbərləri ilə danışıqlar aparıblar.

Qəzet etibarlı mənbələrə istinadla bildirib ki, Donald Tramp administrasiyası avtomobil istehsalçılarının hərbi sursat istehsalında daha böyük rol oynamasını istəyir. Bu kontekstdə Pentaqon rəsmiləri “Ford Motor” şirkətinin baş direktoru Cim Farli və “General Motors” (GM) şirkətinin baş direktoru Meri Barra da daxil olmaqla avtomobil sənayesinin yüksəkvəzifəli rəhbərləri ilə görüşüblər.

Mənbələrə görə, İrandakı müharibə və Ukraynaya dəstək ABŞ-nin silah ehtiyatlarını azaldıb. Buna görə də Pentaqon avtomobil şirkətlərini prosesə cəlb etməyi planlaşdırır.

Seçilən
0
2
azertag.az

3Mənbələr