AZ

Məşhur serialın qəhrəmanı 18 illik evliliyini bircə gündə bitirdi SƏBƏB

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur türkiyəli aktrisa Bihter Dinçel 18 illik həyat yoldaşı Barış Dinçel ilə yollarını ayırıb. Uzun müddət nümunəvi cütlük kimi tanınan ikilinin boşanması magazin gündəminə çevrilib.

Lent.az-ın məlumatına görə, sosial mediadan gələn iddialara əsasən cütlük “şiddətli keçimsizlik” səbəbilə məhkəməyə müraciət edib və boşanma prosesi qarşılıqlı razılaşma əsasında cəmi bir iclasda yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, onların 15 yaşlı övladının qəyyumluğu ortaq şəkildə müəyyən edilib. Ata isə uşağın xərcləri üçün aylıq 25 min lirə (təxminən 1000 azn) aliment ödəyəcək.

Boşanma prosesində diqqət çəkən məqamlardan biri də aktrisanın soyadı ilə bağlı olub. Qərara görə, Bihter Dinçel boşandıqdan sonra da keçmiş həyat yoldaşının soyadını istifadə etməyə davam edəcək.

Qeyd edək ki, aktrisa daha əvvəl “Avrupa Yakası” və “Geniş Ailə” seriallarındakı rolları ilə geniş tamaşaçı kütləsinin yaddaşında qalıb.

Qeyd edək ki, Barış Dinçel türkiyəli sənət adamıdır və əsasən səhnə dizayneri (dekor və kostyum dizaynı üzrə mütəxəssis) kimi tanınır. Məşhur aktyor Savaş Dinçelin oğludur.

Savaş Dinçel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
lent.az

1Mənbələr