AZ

Bu agentlikdə kadr dəyişikliyi 3 şöbə müdiri...

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.

"Cebheinfo.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Gülnarə Cəfərli İnsan Resursları departamentinin İşə Qəbul və Planlama şöbəsinin müdiri vəzifəsindən azad olunub. Digər əmrlə, o, həmin departamentin müdir müavini təyin edilib.

Bundan əlavə, Agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov və Agentliyin Mərkəzi Karyera filialının Layihələrin təşkili şöbəsinin müdiri Rauf Qaravəliyev vəzifələrindən azad olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
9
cebheinfo.az

10Mənbələr