AZ

Ukrayna Tuapseni vurdu VİDEO

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Tuapse şəhərinə Ukrayna dronlarının hücumundan sonra “Rosneft”-in dəniz terminalı ilə vahid istehsal kompleksi təşkil edən Tuapse Neft Emalı Zavodunda yanğın baş verib.

“AzPolitika” xəbər verir ki, Rusiya kanallarının məlumatına görə, mülki binalara da zərər dəyib.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin dediyinə görə, Tuapsedə dron zərbələri nəticəsində 5 və 14 yaşlı iki uşaq ölüb. Daha iki şəxs dağıntıların düşməsi nəticəsində xəsarət alıb, beş fərdi ev və bir mənzil binası zədələnib. Kondratyevin məlumatına görə, “PUA qalıqları” həmçinin "dəniz limanı ərazisindəki müəssisələrin ərazisinə" düşüb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr