AZ

Pakistan XİN ABŞ-İran danışıqları ilə bağlı açıqlama verib

Bakı. Trend:

ABŞ və İran arasında olan münaqişənin nizamlanması üzrəİslamabad danışıqlarının ikinci raundunun keçiriləcəyi tarix hələki, müəyyyənləşdirilməyib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyininrəsmi nümayəndəsi Tahir Əndrabi bildirib.

“Danışıqların növbəti raundunun tarixləri hələ ki,müəyyənləşdirilməyib. Mənim bununla bağlı rəsmi bəyanatım yoxdur.Belə bir qərar olsaydı, biz artıq danışıqların tarixini elanedərdik”,- deyə vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

6Mənbələr