AZ

"PAŞA Bank" Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib

Bakı. Trend:

"PAŞA Bank" və İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti qarşılıqlı əməkdaşlıq çərçivəsində sahibkarlar üçün yenirəqəmsal həll təqdim ediblər.

Artıq sahibkarlar "PAŞA Bank Biznes" mobil tətbiqinə və vebplatformasına banka daxil olmaqla malların adını, sayını, qiymətinivə məcburi nişanlama kodlarını görürlər.

Bu yeniliklə onlar “Təqib və İzləmə Sistemi”ndə (TİS) bütünəməliyyatları bir məkanda idarə edir, qeydiyyatı birbaşa aparır vəödənişi bir toxunuşla həyata keçirirlər. Yeni həll sayəsindəproseslər optimallaşır və sahibkarların gündəlik fəaliyyətisadələşir.

"PAŞA Bank" rəqəmsal həllərini davamlı olaraq genişləndirir vəbiznes müştərilərinə daha çevik və səmərəli xidmətlər təqdim edir.Bank korporativ, kiçik və orta bizneslər üçün investisiyabankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarəolunması sahələrində geniş xidmət portfeli ilə fəaliyyətgöstərir.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Standard & Poor’s"2026-cı ildə "PAŞA Bank"ın kredit reytinqini “BB-/B” səviyyəsində“Pozitiv” proqnoz ilə təsdiqləyib. Bank həmçinin "InternationalInvestor Magazine" tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ənyaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib.2024–2025-ci illərdə isə "Euromoney", "Global Finance" və "StevieAwards" tərəfindən bir sıra beynəlxalq mükafatlara layiq görülüb, ocümlədən "Stevie Awards"da “İlin şirkəti” nominasiyasında “GoldStevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Seçilən
3
6
az.trend.az

7Mənbələr