AZ

Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO

3 binanın zirzəmisinə 18 gündür dayanmadan su axır...

Sabahinfo.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, artmaqda davam edir.

Bura paytaxtın Sabunçu rayonu Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksidir.

Sakinlər bildirirlər ki, günlərdir bu problem onların həyat və yaşayışını çətinləşdirib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmi hissəsinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb, hal-hazırda da işlək vəziyyətdədir. O da qeyd edilib ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər qəsəbələrində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının hər hansı bir istiqamətdə kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunur.

Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, sözügedən ünvana Sabunçu rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayətə əsasən, zirzəmidəki sudan nümunə götürülüb. Analizin cavabına əsasən zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib, vətəndaşlara da bununla bağlı məlumat verilib.

 

Seçilən
11
14
sabahinfo.az

10Mənbələr