
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın ümumi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azalaraq 4 milyard 4,6 milyon ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 7,26% ( 290,8 mln. dollar), özəl sektorun payı 83,88% ( 3 mlrd. 359 mln. dollar), fiziki şəxslərin payı isə 8,86% (354,65 mln. dollar) təşkil edib.
Ötən ilin I rübü ilə müqayisədə dövlət sektorunun idxalı 7,6 dəfə, fiziki şəxslərin idxalı 28,9% azalıb, özəl sektorunun idxalı isə 13,7% artıb.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında dövlət sektorunun ixracı 2,3 milyard ABŞ dolları, özəl sektorun ixracı 3,04 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 18,7 milyon ABŞ dolları təşkil edib.