AZ

Halanddan sonra Keyn

“Real”a qarşı 1/4 final cavab oyununun 38-ci dəqiqəsində vurduğu qol “Bavariya”nın hücumçusu Harri Keynin mövsümdəki 50-ci qolu olub.

Msport.az xəbər verir ki, oyun Almaniya klubunun 4:3 hesablı qələbəsi ilə qurtarıb.

İki oyunun nəticəsinə görə “Bavariya” yarımfinala vəsiqə qazanıb.

Keyndən əvvəl bütün yarışlarda bir mövsümdə 50 qol həddini keçən yeganə oyunçu Erlinq Haland idi. Norveçli futbolçu 2022/23 mövsümündə “Mançester Siti”də 52 qol vurub. O vaxtdan bəri heç bir başqa oyunçu bu göstəriciyə çata bilməyib.

Seçilən
7
1
msport.az

2Mənbələr