AZ

Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu

Bakının Sabunçu rayonunda ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova 15 il müddətə, onunla birgə təqsirləndirilən Zahir Soltanov isə 18 il müddətə azadlıqdan məhrum ediliblər.

Publika.az bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Leyla Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib.

Seçilən
20
publika.az

1Mənbələr