Bəs qiymət artımı nə ilə bağlıdır?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə çeşiddən asılı olmayaraq qiymətlər artıb. Alıcılar da qiymət artımını təsdiqləyiblər:
"Əvvəl 22 manata alırdıq, indi 40-55 manata satılır".
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı bildirib ki, püstə ən çox İran, Türkiyə və Amerikada istehsal edilir:
"İran və Amerika dünya püstə yığımının 90 faizini təşkil edir. Bu iki ölkə dünya bazarında püstənin qiymətini formalaşdırır. Hazırda müharibə məhsulların qiymətlərinə də təsir edir".
Qeyd edək ki, dünyada məşhur olan Dubay şokoladında məhz püstədən istifadə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31