Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin Zonguldak şəhərində məktəbə hücum edəcəyini bildirdiyi iddia olunan 17 yaşlı şagird polis əməkdaşları tərəfindən saxlanılıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində axşam saatlarında baş verib. Məlumata görə, Fənər Anadolu Liseyində təhsil alan B.T.A. adlı şagird sinif yoldaşlarının olduğu mesajlaşma qrupunda məktəbdə hücum həyata keçirəcəyinə dair paylaşımlar edib, həmçinin hədələyici şəkillər yayıb. Bu paylaşımlar şagirdlər və valideynlər arasında ciddi narahatlıq yaradıb.
Daxil olan məlumat əsasında prokurorluğun göstərişi ilə polis əməkdaşları dərhal əməliyyat keçirərək şagirdin yaşadığı evə baxış keçiriblər. Axtarış zamanı onun otağından 6 ədəd səs-küy yaradan tapança patronu aşkar olunub.
Şagird polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə şöbəyə aparılıb. İlkin araşdırma zamanı onun daha əvvəl təhsil aldığı başqa bir liseydə sinif otağında partlayıcı oyuncaq istifadə etdiyinə görə intizam qaydalarını pozduğu və bu səbəbdən məktəbdən uzaqlaşdırıldığı məlum olub.
B.T.A. ilkin izahatında bildirib ki, bu tip paylaşımları zarafat məqsədilə edib, aşkar olunan patronları isə xatirə kimi saxlayıb.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.