AZ

FIFA prezidenti İranın Dünya Kubokunda iştirak edəcəyini TƏSDİQLƏDİ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

FİFA prezidenti Canni İnfantino İran milli komandasının Dünya Kubokunda iştirak etməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

İnfantino qeyd edib: “Əlbəttə ki, İran gəlməlidir. Onlar öz millətlərini təmsil edirlər. Onlar vəsiqə qazanıblar. Oyunçular oynamaq istəyirlər”.

Bildirilib ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Daha əvvəl Yaxın Şərqdə artan gərginlik və ABŞ-nin münaqişədə iştirakı fonunda İran millisinin turnirdən kənarda qala biləcəyi iddia olunurdu.

Məlumatlara görə, İran tərəfi FİFA ilə komandanın oyunlarının ABŞ ərazisindən Meksikaya köçürülməsi məsələsini də müzakirə edib.

Qeyd edək ki, İtaliya millisi 31 martda Avropa seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya penaltilərdə məğlub olaraq ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalıb. Rusiya millisi isə FİFA və UEFA tərəfindən 2022-ci ildə tətbiq olunan sanksiyalar səbəbindən turnirdə iştirak etmir.

Xatırladaq ki, 2026-cı il Dünya Kubokunun bütün iştirakçıları artıq müəyyənləşib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr