BAKI, 16 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Real Madrid" səfərdə "Bavariya"ya 3:4 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, matç zamanı braziliyalı cinah yarımmüdafiəçisi Vinisius Junior məhsuldar ötürmə edib.
Bu, ulduz oyunçunun Çempionlar Liqasında "Real Madrid" üçün 32-ci məhsuldar ötürməsi olub.
Beləliklə o, "Real Madrid"in keçmiş hücumçusu Kriştianu Ronaldunun rekordunu yeniləyib.